Yuxarı

“Ukrayna konflikti Bakıya əlavə divident qazandırdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi Qərb və Rusiya üçün əsas prioritet məsələ Ukrayna böhranıdır".

Bunu Axar.az-a açıqlamasında politoloq Rasim Ağayev həmsədr ölkələrin son zamanlar Qarabağ münaqişəsinin həlli yolunun Rusiyanın əlində olmasından dolayı narahatlığını şərh edərkən deyib. O bildirib ki, indiki zamanda faktiki olaraq diqqət Qarabağdan yayınıb:

"Ukrayna məsələsi birbaşa Rusiyanın taleyi ilə bağlıdır. Əgər Ukraynada Rusiya uduzsa, bu, ölkə üçün tarixi bir məğlubiyyət olacaq. Qarabağ məsələsi sanki onların əsas müzakirə predmetiymiş kimi görünsə də, əslində, bunun altında başqa maraqlar yatır. Ancaq Rusiya məsələni ona görə diqqətdə saxlayır ki, hansısa ciddi bir təhlükə görmür. Qərb isə son bir ildə bütün fəaliyyətini Ukraynaya yönəldib. Yəni ABŞ və Avropanın əsas proyekti yeni Ukraynadır. Çünki böhranın ABŞ tərəfindən həlli bu ölkəyə böyük bir geosiyasi əraziyə nəzarət imkanı qazandıra bilər. Əgər ABŞ və Avropa Ukrayna məsələsində uduzsa, bu o deməkdir ki, oyun təzədən başlayacaq. Hətta bunu Putinin "Amerika sonsuz müharibə və silah yağışı istəyir" ritorikalı çıxışlarından da aydınca sezmək olar. Eyni zamanda, Putin çox yaxşı başa düşür ki, SSRİ-ni süquta uğradan elə bu səbəblər idi.

Aydın məsələdir ki, Rusiya və Qərb açıq şəkildə Ermənistanı yerindən tərpətmək istəmir. Azərbaycanı isə boş söhbətlər yox, nəticə maraqlandırır".

R.Ağayev Ukrayna konfliktinin Azərbaycana əlavə siyasi divident verdiyini də bildirib:

"Sübut olundu ki, işğalın buynuzu yoxdur. Buna görə də hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin iki həll yolu var: Ya Ermənistana ciddi sanksiyalar tətbiq edilməli, ya da BMT TŞ-nın Azərbaycanla bağlı qətnamələri dərhal icra edilməlidir".

Tarix
2014.09.13 / 09:48
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Güclənmiş Türkiyə Zəngəzura yönəlir – İrəvanda həyəcan

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla