Yuxarı

Qarabağ bizim deyil, işğal etmişik - İrəvanda etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Milli Konqresi Partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb.

Publika.az xəbər verir ki, fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib.

“Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”, - deyə o bildirib.

Jurnalistlərdən biri “bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sualına erməni siyasətçi sualla cavab verib: “Bu torpaqlar ermənilərindir?”

Daha sonra erməni siyasətçi ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini qeyd edib.

“Kimsə məndən inciməsin, bu məsələləri mən həll etmirəm. Bu məsələ danışıqlar masasında müzakirə olunur. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, bunu etməliyik. Erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, lakin beynəlxalq ictimaiyyət bu əraziləri işğal edilmiş adlandırır”, - deyə o bildirib.

Jurnalistlərdən biri isə ona “siz “Qarabağ xalqı”nın fikrini soruşmusunuz” sualına Tadevosyan belə cavab verib: “Mən heç kimdən heç nə soruşmuram, mən faktı təsdiq edirəm”.

Qeyd edək ki, Tadevosyanın üzvü olduğu Erməni Milli Konqresi Partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasından sonra nizamlanacağı ilə bağlı fikirlərini zaman-zaman gündəmə gətirib.

Tarix
2018.07.31 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Xankəndidə Qələbə muzeyi bu binada yerləşəcək - Əliyev

Azərbaycana qarşı dezinformasiya savaşı... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla