Yuxarı

FHN MDB ölkələri ilə yeni layihə qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN MDB ölkələri ilə yeni layihə qəbul etdi

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini yekunlaşdırıb.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, iclasa sədrlik edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarının layihəsi barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırıb.

İclasın yekun qərarının layihəsi müzakirəyə çıxarılıb, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edilib.

Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur.

Sənəddə iştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iclasın yekun qərarının imzalanması mərasimi keçirilib.

Bununla da MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini başa çatdırıb.

Xatırladaq ki, Təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş 2001-ci il sentyabrın 28-də Moskvada MDB dövlətlərinin hökumət başçıları tərəfindən qəbul edilib. Bu Sazişin həyata keçirilməsi üçün MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurası yaradılıb. Şuranın iclasları hər il Sazişin iştirakçısı olan dövlətlərin birində keçirilir. Sənədə müvafiq olaraq MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası sentyabrın 16-17-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirildi.

Tarix
2014.09.18 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla