Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında
səfərdə olub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəyi
qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov
abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən
işlər barədə dövlətimizin başçısına məlumat verdi.
X X X
İsmayıllıya səfəri çərçivəsində Prezident İlham Əliyev Rayon
Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan
şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına
xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verdi.
Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra
Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və
bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya
görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını
çatdırdı.
Dövlətimizin başçısı bu günlərdə 20 illiyi qeyd edilən "Əsrin
müqaviləsi"ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları
kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışdı.
Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili
üçün gözəl imkanlar yaradıldığını vurğuladı və bu imkanlardan
səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini
verdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında
iştirak etdi.
X X X
Prezident İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində rayon
icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma
işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısına rayonda aparılan abadlıq və quruculuq
işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat
verildi.
X X X
Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında
əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.
X X X
Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı
rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında
iştirak edib.
X X X
Daha sonra Prezident İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2
hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə
tanış olub.
X X X
İsmayıllı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev
Qəbələyə gəldi. Dövlətimizin başçısı Qəbələdə bir sıra iqtisadi və
sosial təyinatlı obyektlərin açılışında iştirak etdi.
X X X
Əvvəlcə Prezident İlham Əliyev xalqımızın ümummilli lideri
Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi
qoydu.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar
Qəbələdə görülən işlər barədə məlumat verdi.
X X X
Sonra Prezident İlham Əliyev "Qafqaz Yengicə Termal Hotel və
SPA" otel kompleksinin açılışında iştirak etdi.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü
Qüdrət Səmədov Prezident İlham Əliyevə Qəbələnin inkişafına
göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida
Şəhərciyinə gəldi.
Dövlətimizin başçısına məlumat verildi ki, Gilan-Qida
Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.
Sonra Prezident İlham Əliyev "Gilan Holdinq"ə məxsus
müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə
baxdı.
X X X
Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki "N" saylı
hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak
etdi.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı
Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport
verdi.
Dövlətimizin başçısı hərbi hissənin qərargahında və əsgər
yeməkxanasında yaradılan şəraitlə də tanış oldu. Sonda Ali Baş
Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin
zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika
növlərinə baxdı.
X X X
Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana
avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak
etdi.
X X X
Daha sonra dövlətimizin başçısı Qəbələ Arxeoloji Mərkəzinin
açılışında iştirak etdi. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji
Ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə
mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verdi.