Ana səhifə Gündəm |
Bu gün Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda olub.
Axar.az AzərTAc-a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə yunanıstanlı diplomata rayonun tarixi, coğrafi mövqeyi, əhalisi, turizm potensialı, xarici turistlərin bölgəyə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Səfir Dimitrios Tsunqas cənub bölgəsinə ilk dəfə səfər etdiyini
vurğulayaraq Azərbaycan-Yunanıstan dostluq əlaqələrindən, bu
münasibətlərin daim inkişaf etməsindən danışıb, odlar diyarı
Azərbaycan ilə qədim tarixə malik Yunanıstanın oxşar cəhətlərini,
Lənkəranda turizm üçün geniş imkanların olduğunu diqqətə
çatdırıb.
Görüş zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi
aparılıb.
Sonda yunanıstanlı qonağa Lənkəran xalçası və rayon haqqında
fotoalbom hədiyyə edilib.
Həmin gün səfir Dimitrios Tsunqas Lənkəran şəhərindəki Heydər
Əliyev Xatirə Parkı, Heydər Əliyev və Gənclər mərkəzləri, Bayraq
Meydanı ilə tanış olub, rayonun mənzərəli yerlərini gəzib.
Tarix
2014.09.23 / 18:09
|
Müəllif
Axar.az
|