Yuxarı

Prezident Latviya, Litva və Xorvatiyanın sabiq prezidentləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Latviya, Litva və Xorvatiyanın sabiq prezidentləri ilə görüşdü

İlham Əliyev Latviya, Litva və Xorvatiyadan olan qonaqları qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Prezident İlham Əliyev əvvəlcə Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edilib.

İlham Əliyev Litvanın keçmiş Prezidenti Vitautas Landsbergisi də qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulanıb.

İlham Əliyev həmçinin Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Tarix
2014.10.02 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla