Yuxarı

Elmar Məmmədyarov Lukaşenko ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov Lukaşenko ilə görüşdü

Nazir Elmar Məmmədyarov Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Axar.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 6 oktyabr 2014-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Belarus Prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. O əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri vardır.

Görüşdə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq, zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.

Tarix
2014.10.06 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla