Hörmüzdə ABŞ və İran qüvvələri arasında toqquşma...
18:26
| Ana səhifə Gündəm |
|
Oktyabrın 7-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilib.
Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, plenumda 2014 -cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində AKP tərəfindən namizədliyi irəli sürüləcək üzvlərin siyahısı təsdiq edilib.
Plenumda təşkilatı məsələyə də baxılıb. Partiya əleyhinə fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət, qarşıdurma yaratmağa cəhd göstərdiyinə, kommunistə yaraşmayan hərəkətlərə yol verərək təxribatçılıqla məşğul olduğuna görə AKP MK-nın plenumu ilk partiya təşkilatının qərarına müvafiq olaraq, Məhsimova Gülnisə Əlisoltan qızını sıralarından xaric edib.
|
Tarix
2014.10.08 / 12:23
|
Müəllif
Emin Aslanlı
|