Yuxarı

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ermənistan hökuməti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yollarını öz vəsaitləri hesabına bərpa edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak vilayətində keçirilən seçkiqabağı görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistan tərəfi Gümrü-Türk Qarakilsəsi (Axurik) və Türk Qarakilsəsi–Türkiyə sərhədi istiqamətində bərpa işlərinə başlayacaq.

“Türkiyə tərəfində işlər artıq başlayıb və dəmir yolu açılacaq. Biz də Arazdəyən (Yerask) qovşağının yenidən qurulmasına başlayacağıq. Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək. Baxmayaraq ki, konsessiya müqaviləsi var, investisiyanı biz edəcəyik, dəmir yolunu təmir edib bərpa edəcəyik və xətt istifadəyə veriləcək”, - Paşinyan deyib.

Qeyd edək ki, 2008-ci il fevralın 13-də İrəvanda "Rusiya Dəmir Yolları" şirkəti ilə Ermənistan hökuməti arasında ölkənin dəmir yolu sisteminin “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin idarəçiliyinə verilməsi barədə konsessiya müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, idarəetmə müddəti 30 il nəzərdə tutulub və qarşılıqlı razılıq əsasında daha 10 il uzadıla bilər.

Tarix
2026.05.24 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla