Yuxarı

İsrail eksperti: "Bakı “intellektual Davosa” çevrilir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail eksperti: "Bakı “intellektual Davosa” çevrilir"

"Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadıqları yeganə və unikal yerdir və Azərbaycanın həqiqi qürur mənbəyidir".

Bu sözləri Axar.az-a açıqlamasında israilli politoloq Arye Qut söyləyib.

O, Bakının beynəlxalq humanitar əməkdaşlıq üçün məkana, "intellektual Davosa" çevrildiyini bildirib:

"Azərbaycan rəhbərliyinin siyasəti, tolerantlıq və multikulturalizm ideyası təbliğ etməsi Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanılmasına, dünyada bu siyasətin bundan sonra da möhtəşəm müasir və güclü Azərbaycan modeli nümunəsində inkişaf və təbliğ etdirilməsinə yönələn strategiyasının əksidir. Bu baxımdan professor Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Xidmətinin yaradılması bu yeni strategiyanı ehtiva edir".

Ekspert Azərbaycanda dini tolerantlığa yüksək səviyyədə əməl edildiyini söyləyib:

"Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və vətənidir. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadıqları yeganə və unikal yerdir və Azərbaycanın həqiqi qürur mənbəyidir. İkili standartlardan əziyyət çəkən, çox mürəkkəb və amanabənd geosiyasi əhatədə yerləşən, habelə Cənubi Qafqazın lideri sayılan bu ölkə Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə, ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir".

Tarix
2014.10.09 / 11:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla