Yuxarı

Ramiz Mehdiyevin monoqrafiyası müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevin monoqrafiyası müzakirə edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) monoqrafiyasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

ANSPRESS-in məlumatına görə, İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə tədbiri açaraq kitab haqqında məlumat verib. O bildirib ki, multidissiplinar yanaşmaların yer aldığı bu monoqrafiyada Dağlıq Qarabağ regionunun tarixi, Ermənistan-Qarabağ münaqişəsi faktlara əsasən antik dövrdən bu günə qədər təhlil edilib. Direktorun sözlərinə görə, rus dilində çap olunmuş kitabın beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, Azərbaycanda da tərcümə edilib gənc nəsilə çatdırılmasına ehtiyac var.

Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə 25 fəsildən ibarət kitabı rəsmi "danışan" sənədlərdən ibarət toplu kimi qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinin siyasi, tarixi və hüquqi istiqamətlərdə araşdırıldığını və kitabın rus dilində çap olunmasının rusdilli xalqların, dünya elmi ictimaiyyətinin Azərbaycanın tarixi həqiqətləri barədə bilgilənməsində rol oynayacağını qeyd edib.

Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova çıxışında etnoloji, kulturoloji və tarixi aspektlərdən təhlil edilən monoqrafiyanı alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirməsi kimi dəyərləndirib.

Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, prof. İsaxan Vəliyev kitabın fərqli üslubda yazıldığını, xüsusilə "Problem və hüquq" bölməsində yer alan məlumatların hüquqşunaslar üçün faydalı olacağını söyləyib. O, 1000 nüsxə ilə çap olunan kitabda milli təhlükəsizlik probleminin qaldırıldığını da nəzərə çatdırıb.

Tədbirin davamında İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Estetikanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov, İnstitutun əməkdaşları - siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Tarix
2014.10.13 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla