Yuxarı

Üç NİDA-çı əfv olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç NİDA-çı əfv olundu

"Prezidentin bugünkü əfv fərmanı haqqında məhkəmə qərarı olan şəxslərə şamil olunub".

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadənin köməkçisi deyib. Onun sözlərinə görə, bura konkret kimlərin adlarının daxil edilməsindən xəbərsizdir: "Mən indi Çingiz müəllimdən soruşdum. O, bu barədə hələ ki, heç prezidentin saytında məlumat olmadığını dedi. Çingiz müəllim qeyd etdi ki, haqqında konkret məhkəmə qərarı olan şəxslərə şamil edilib".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə həbsdən azad olunanlar arasında bir neçə nidaçının olduğunu deyib: "Bizim müraciət etdiyimiz məhbuslardan 7-8 nəfər var. Amma hələlik siyahı bizim əlimizə gəlib çatmayıb. Mənə verilən məlumata görə, onların arasında nidaçı gənclər də var".

NİDA üzvlərindən daxil olan məlumata görə isə 3 nidaçı əfv olunub. Amma hələlik onların adları açıqlanmır.

Xatırladaq ki, 17-də ölkə başçısı İlham Əliyev İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq əfv fərmanı imzalayıb.

Tarix
2014.10.17 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla