Yuxarı

AP-dəki "Dağlıq Qarabağ" qrupuna qarşı çağırış edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təşkilat Avropa Parlamentinin bütün üzvlərini və onların təmsil etdiyi şəxs və qurumları məsələyə münasibət bildirməyə və bu cür "işçi qrup"un yaradılmasını mümkün qədər sərt qınamağa çağırıb

"Avropa Azərbaycan Cəmiyyəti bütün dünyada yaşayan azərbaycanlılar və demokratiyanın təmin edilməsinə və qanunun aliliyinə inamı olan insanları Avropa Parlamentində tanınmamış "Dağlıq Qarabağ Respublikası"na diqqəti cəlb etmək məqsədi güdən qeyri-rəsmi "işçi qrupu"nun yaradılmasını birmənalı şəkildə qınayır".

Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya daxil olan bəyanatda qeyd olunur.

"İddia edilir ki, həmin qrupun yaradılmasında məqsəd bu qeyri-qanuni rejimlə Avropa İttifaqı arasındakı əlaqələrin təbliğ edilməsidir. Heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin bu cür təsdiqlənməsi əsas məqsədi Avropa xalqlarının ortaq dəyərlərinin bir araya gətirilməsi və beynəlxalq hüququn qorunması olan Avropa Parlamentinin prinsiplərini pozur"-deyə, bəyanatda qeyd olunur.

Bəyanatda Azərbaycan ərazisinin təqribən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının və İslam Əməkdaşlığı Təşkilatının bir sıra qətnamələri olduğu xatırladılıb: "Bu sənədlər Avropa Birliyinin ali nümayəndəsi tərəfindən daha öncə verilən bəyanatlarda dəstəklənib. Hesablamalara görə, işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı öz evlərindən didərgin düşüb və onlar hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı qurbanları olaraq qalırlar".

AAC-ın bəyanatında qeyd olunub ki, bu qeyri-rəsmi qrupun yaradılması münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqda Ermənistanın destruktiv rolunu yenə də nümayiş etdirir: " Bu, həmçinin Azərbaycanın ATƏT-in himayəsi altında keçirilən və 20 il ərzində davam edən nəticəsiz danışıqlardan geri çəkilməsinə nail olmaq üçün bir təxribat rolunu oynayır".

Məsələ ilə bağlı AAC-nin direktoru Lionel Zetter də Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa və Avropa Parlamentindəki bütün qrupların sədrlərinə müraciət edərək öz dərin məyusluğunu ifadə edib.

L.Zetter müraciətində deyib: "Bu qeyri-rəsmi qrupun yaradılması beynəlxalq hüquqa uyğun deyil və Avropa Birliyinin vacib partnyoru, həmçinin BMT Təhlükəsizlik Şurasının üzvü, hazırda isə Avropa Şurası Nazirlər Komitəsinin sədri olan ölkənin milli suverenliyinə hörmətsizlik əlamətidir".

AAC Avropa Parlamentinin bütün üzvlərini və onların təmsil etdiyi şəxs və qurumları məsələyə münasibət bildirməyə və bu cür "işçi qrup"un yaradılmasını mümkün qədər sərt qınamağa çağırıb.

Tarix
2014.10.17 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla