Yuxarı

Gənc oğlanın idman zalında ölməsinin təfərrüatı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc oğlanın idman zalında ölməsinin təfərrüatı - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda gənc oğlan idman zalında ölüb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şahidləri bildiriblər ki, 22 yaşlı Adil Eyvazov məşq zamanı özünü narahat hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib.

Dərhal çağırılan təcili tibbi yardım briqadası hadisə yerinə gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illərdir taekvondo idman növü ilə məşğul olub. O, ölkədaxili və beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb, müxtəlif medallarla təltif edilib.

Taekvondo müəllimi İsa İsayev iddia edib ki, Adil Eyvazov müxtəlif yerlərdə məşqlər edib. Yalnız ötən gün mərkəzə məşq etmək üçün gəlibmiş.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tibbi ekspertiza nəticəsinə əsasən, gənc idmançının ölüm səbəbi ürək çatışmazlığı olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.10.31 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla