Yuxarı

Gürcüstanda aksiya başlayır: Saakaşvili gəlsə... – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandakı son seçkilər ərəfəsi vəziyyət 2012-ci il parlament seçkiləri zamanı olan vəziyyətlə eyni idi.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, həmin vaxt Gürcü Arzusu koalisiyası müxalifət olaraq ciddi kampaniya aparırdı:

“Gürcüstanda insanlar iki qütbə bölünmüşdü və seçkilərə hər hansı müdaxilə ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxara bilərdi. Həmin vaxt Saakaşvili inzibati resurslardan istifadə etmədi, seçkini keçirtdi və Gürcü Arzusu seçkini uddu. Eyni vəziyyətdir. Amma fərqli situasiya yarana bilər. Birinci turdan sonra ekspertlər Vaşadzenin qalib gələcəyi proqnozlarını səsləndirirdi və bunu hakim partiyanın nüfuzunun aşağı düşməsi, hər iki namizədin təxminən eyni səs yığması, Zurabişvilinin gürcü dilində çətinliklə danışması, seçkidə 3-ü nəticə göstərən Bakradzenin ikinci turda Vaşadzeni dəstəkləməsi bəyanatları və digər arqumentlərlə əsaslandırırdılar. Onu da deyim ki, Bakradze bir neçə ilə qədər Saakaşvilinin partiyasının sədri olub və sonradan Avropa Gürcüstanı Partiyasını yaradıb. Amma buna baxmayaraq, bu partiya ilə münasibətlərini də qoruyub saxlamağı bacarıb”.

Ekspert qeyd edib ki, müxalifət inzabati resurslardan maksimum istifadə olunması, polis müdaxiləsi, seçicilərin pulla satın alınması ittihamlarını irəli sürür və ikinci tur ərəfəsi hökumətin 600 min insanın kredit borcunu bağlaması ilə bağlı qərarını seçkilərin nəticələrinə təsir edilməsi məqsədilə edildiyini bildirir:

“Bu gün ölkədə qarşıdurma həddinə gətirib çıxara biləcək faktorlar da əsasən buradan qaynaqlanır. Hazırda müxalifətin seçkini tanımaması ilə bağlı bəyanatları sonradan vətəndaş itaətsizliyinə gətirib çıxara bilər. Amma bunun nəticələri Gürcüstan üçün arzuolunan deyil. Saakaşvilinin bəyanatları da burada mühüm rol oynayır”.

Ekspert vurğulayıb ki, əslində Gürcüstanda prezident seçkilərinə müxalifətin bu qədər marağı məhz prezident kürsüsünə yiyələnmək istəyi ilə bağlı deyil:

“Onsuz da prezidentin elə bir səlahiyyəti yoxdur və təmsilçilik hüququ daşıyan bir postdur. Əsas hədəf parlament seçkiləridir. Məhz bu seçkidən parlament seçkilərində qələbə üçün tramplin kimi istifadə olunması məqsədi güdülürdü. Müxalifət seçkilərin nəticələrinin ləğv olunması üçün şikayətlər verməsi ilə bərabər kütləvi tədbirlərə də başlayacaq. Onlar burada əsas tələblərdən biri kimi növbədənkənar parlament seçkilərinin keçirilməısini hədəf seçiblər. Əminəm ki, baş verən proseslər kortəbii olmayacaq. Müxalifət içində prosesə təşkilatçılıq və rəhbərlik edəcək təcrübəli insanlar kifayət qədərdir. Sözsüz ki, iqtidar maksimum şəkildə çalışacaq ki, proseslər öz məcrasından çıxmasın. Yox əgər bunu bacarmayacaqsa, o zaman nəticə ən azı yeni seçkilərin keçirilməsinə gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, ölkədə kəskin qütbləşmə təhlükəli həddə qədər inkişaf edə bilər:

“Ən qorxulusu da budur. Belə hallarda isə tərəflərdən biri güzəştə getməlidir, situasiyanı yumşaldacaq addımlar atmalıdır. Necə ki, 2012-ci ildə də Saakaşvili bu addımı atmışdı. Nəzərə almaq lazımdır ki, hazırda Gürcü Arzusunun reytinqi hakimiyyətə gəldikləri vaxtla müqayisədə aşağıdır, eyni zamanda Vahid Milli Birlik Hərəkatının o zaman düşmüş nüfuzu kifayət qədər qalxıb. Bir məsələni də unutmaq olmaz ki, proseslərin müəyyən fazasında Saakaşvili ölkəyə gələ bilər. Bu da hadisələrin gedişində xüsusi rol oynayar. Düşünürəm ki, onun vətandaşlığının olmaması buna mane olmaz. Ən azından özü vətəndaşlıqdan çıxarılmasını qanunsuz sayır. O, eyni prosesi Ukraynada da yaşamışdı. Hətta o, Polşada olarkən Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edəndən sonra tərəfdarları ilə birgə dövlət sərhədini keçərək Ukraynaya gəlməyi bacarmışdı. Doğrudur, sonra yenidən ölkədən çıxarıldı. Lakin burada bir faktı unutmaq olmaz ki, Gürcüstan onun vətənidir və burada dəstəyi də böyükdür. Bu ölkəyə gəlsə, onu geri qaytarmaq mümkün olmayacaq. Əgər həbs etsələr belə, bu, onun azadlıqda qalmasından daha təhlükəli olar”.

Ekspertin sözlərinə görə, proseslər siyasi liderlərin məsələlərə münasibətindən, hadisələrin inkişafından asılı olacaq:

“Yəni bugünkü gərginliyin zəifləməsi perspektivləri də olmamış deyil”.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıblar.

Qriqol Vaşadze noyabrın 29-da Tiflisdə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə Gürcüstanın birləşmiş müxalifətinin noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımadığını açıqlayıb. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Saakaşvili isə xalqı vətəndaş itaətsizliyinə çağırmaqla bərabər, nə yolla olursa-olsun, Gürcüstana qayıdacağını açıqlayıb.

Tarix
2018.12.01 / 09:14
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla