Axar.az
Yuxarı

Nikol İrəvanı qarabağlılardan aldı, indi Qarabağa keçir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan üçün qarşıda ciddi sınaqlar, mürəkkəb proseslər gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, seçkilərdə ciddi qanun pozuntularının olması ilə də bağlı faktlar mövcuddur:

“Hakimiyyətin əlindəki bütün resursları səfərbər edərək, qalib gəldiyi də bildirilir. Eyni zamanda burada Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan təmsil olunacaq. Gördüyünüz kimi, faktiki olaraq Ermənistanda son 20 ildə ilk dəfədir ki, Qarabağ klanı parlamentdə təmsil olunmur”.

Millət vəkili vurğulayıb ki, Ermənistan tarixində yeni eranın başladığını söyləmək olar:

“Köhnə - yəni Sərkisyan-Köçəryan erası artıq tam bitmiş sayılır. Yeni eranın da nə qədər çəkəcəyini söyləmək hələ ki, çətindir. Hər halda çox mürəkkəb proseslər gözlənilir. O səbəbdən ki, indiyə qədər, yəni inqilabdan bu seçkiyə qədərki mərhələni eyforiya dövrü adlandırmaq olardı. Küçənin qəhrəmanına hələ inam var idi. Bu inamın sayəsində o mer və parlament seçkilərini uda bildi. Lakin bundan sonrakı yeni erada Paşinyan ilk növbədə daxili iqtisadi, sosial problemləri həll etməlidir. Həmin problemlərin həlli üçün isə bu gün Ermənistanın faktiki resursları yoxdur. O səbəbdən ki, Ermənistana heç bir ölkə və beynəlxalq təşkilat investisiya qoymaq istəmir. Çünki bunun əhəmiyyəti və faydasının olmayacağını bilirlər. Eyni zamanda ölkənin xarici siyasəti bu gün böhran keçirir”.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanı Rusiyada fevral inqilabı etmiş Kerenski ilə müqayisə edirlər:

“O da hakimiyyətə gəldikdən sonra bütün dostlarını düşmənə çevirdi. Nəticədə o, yalnız 1917-ci ilin oktyabr ayına qədər hakimiyyətdə qala bildi. Kerenski ilə Paşinyanın müqayisəsi yerinə düşür. O da artıq ənənəvi strateji müttəfiq olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda onun qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır. Bu sualın bir halda müsbət cavabı var. Əgər Paşinyan Ermənistanın düşdüyü bütün problemlərin kökündə fundamental səbəb kimi məhz işğal faktının dayandığını dərk etsə və bunun aradan qaldırılması üçüm həlledici addımlar atsa, o, daxili, iqtisadi, sosial problemlərin həllinə nail olacaq. Eyni zamanda xarici siyasət kursunda da müəyyən uğurlara nail ola bilər. Amma sələfləri kimi Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətini davam etdirsə və səbəblərlə deyil, nəticə ilə mübarizə aparsa, onda əlbəttə ki, onun da bütün siyasəti fiaskoya uğrayacaq. Bu halda başqa bir Paşinyan peyda olub, bu Paşinyanı hakimiyyətdən devirəcək. Yəni bunu hesablamaq, proqnozlaşdırmaq elə də çətin deyil”.

Millət vəkili qeyd edib ki, eyni zamanda bu gün parlamentə keçməyən Dağlıq Qarabağ klanının nümayəndələri bu hakimiyyətə qarşı çox ciddi siyasi qüvvə olmaq iddiasındadır:

“Onlar bütün narazı elektoratı öz ətraflarında birləşdirmək istəyəcəklər. Düşünürəm ki, indiki halda biz yeni bir mübarizənin də şahidi olacayıq. Bu mübarizə Ermənistan yeni hakimiyyət ilə Qarabağ klanının arasında gedəcək. Bu mübarizə “kim kimi” prinsipi üzrə getməkdədir. Burada Paşinyan qalib gəlsə, onun hakimiyyətdə dayaqları möhkəmlənəcək. Qarabağ klanının qələbəsi isə Paşinyanın inqilab nəticəsində əldə etdiklərinin üstündən birdəfəlik xətt çəkəcək”.

Millət vəkili bildirib ki, yanvar ayından etibarən Paşinyanın qondarma rejimin rəhbəri Bakoo Saakyanla açıq mübarizəsi başlaya bilər:

“Bunu istisna etmirəm. Əgər bu mübarizədə Paşinyan qalib gələrsə, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yarana bilər. Yeni situasiyada artıq Paşinyanın konstruktiv addımlar atması üçün imkanlar yaranmış olar. Bu da nəzərdən qaçmayan proqnozlardan biridir”.

Qeyd edək ki, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkinin nəticəsinə görə, Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları parlamentdə təmsil olunmaq imkanı qazanıb.

Tarix
2018.12.11 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev: Onlardan həmrəylik gözləmirdik və gözləmirik

Ombudsmandan erməni terroru ilə bağlı açıqlama

Türkiyə XİN: İşğal etdiyi ərazilərdən çıxmamaq üçün...

Erməni polkovnik - qərargah rəisi məhv edildi – Foto

Ermənistan bugünkü itkilərini açıqladı

Ermənilərin 4 dəfə yaydığı “vurduq” rüsvayçılığı – Video

Əgər Ermənistan həqiqətən sülh istəyirsə... - Nazir

Kolumbiya mətbuatı erməni terrorundan yazır

Müzakirə prosesinin tabutunda son mismar... - Hacıyev

Ermənistanın cinayətləri davam edir - Misir KİV-ləri

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla