Yuxarı

Nalbandyan prezidentlərin Paris görüşündən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nalbandyan prezidentlərin Paris görüşündən danışdı

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, faydalı və səmimi keçib.

Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Erməni nazir bildirib: "Biz Fransa Prezidenti Fransua Ollanda Parisdə prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ay ərzində bu, artıq prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu, göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər".

E.Nalbandyan qeyd edib ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxsaylı məsələlər müzakirə olunub, həmçinin Fransua Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbir keçirilib.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Tarix
2014.10.28 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla