Yuxarı

2019: III Dünya savaşı, yoxsa Böyük Sülh ili?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2019: III Dünya savaşı, yoxsa Böyük Sülh ili?

Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılın Axar.az-a müsahibəsi:

- 2018-ci ildə dünyada gedən siyasi prosesləri necə qiymətləndirirsiniz?

- 2018-ci ildə dünyada gedən proseslərin idarəolunan xaos şəklində davam etdiyini gördük. Dünya gücləri dolları və digər prosesləri ciddi şəkildə idarə etməyə çalışır. Dünya iqtisadiyyatında, ticarətində baş verən hadisələrin də sistematik olduğu ortadadır. Xüsusilə ABŞ və Çin arasında olan rəqabət açıq şəkildə ortaya çıxıb. Eyni zamanda, Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən Suriyadakı krizis, Türkiyə-ABŞ münasibətlərindəki böhran vəziyyəti davam etdi. 2018-ci ilin əsas hadisələri bunlar idi.

- 2019-cu ildə III Dünya müharibəsinin başlayacağı ilə bağlı iddialar səsləndirilir. Bu iddialar nə dərəcədə realdır?

- III Dünya müharibəsi haqqında müxtəlif fikirlər səsləndirilir. Bu fikirlərin həqiqətə söykəndiyini düşünmürəm. Çünki III Dünya müharibəsi dünyanın sonu anlamına gəlir. Bu gün əldə olan atom və digər silahlar olduqca təhlükəlidir. Onların istifadəsi bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Ən önəmli məsələlərdən biri də dünyaya gözlənilən sülhün gəlməməsidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, 2019-cu ildə də dünyada savaşların davam edəcəyini proqnozlaşdırmaq olar. Lokal savaşların davam etmə ehtimalı yüksəkdir.

- 2018-ci ilin ən yadda qalan siyasi hadisəsi nə oldu?

- 2018-ci ildə bir çox mühüm hadisələr oldu. Bunların sırasında 2 hadisə digərlərindən fərqlidir. Birincisi, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi, ikincisi, Fransada “Sarı jiletlilər” hərəkatı. Bu hadisə 2018-ci ilin özünəməxsus fenomeninə çevrilib. Dünyada müxtəlif hadisələr baş versə də, məhz bu iki hadisə fərqliliyi ilə seçilib. Böyük savaşların lokal savaşlar şəklində davam etmək ehtimalı var, dünyanın nüfuzlu nəşrləri baş verən hadisələri izləyərək qarşıdan gələn ildə də böhranların müəyyən nöqtələrini ortaya qoymağa çalışır.

- Bəs Azərbaycanda baş verən siyasi hadisələr haqqında nə deyə bilərsiniz?

- Təəssüf ki, Qarabağ məsələsi hələ də öz həllini tapmayıb. Azərbaycan tərəfi məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olunmayıb. Digər tərəfdən, dünyada neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərir və təəssüf ki, bu proses 2019-cu ildə də davam edəcək.

Tarix
2018.12.31 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla