Yuxarı

İcra başçısının 25 yaşlı xanım müavini danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısının 25 yaşlı xanım müavini danışdı

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yeni təyin olunan 25 yaşlı müavini Aygün Əliyeva vəzifə təyinatına qısa münasibət bildirib.

İcra başçısının müavini A.Əliyeva "Publika.az"a açıqlamasında deyib:

"Mənim heç bir açıqlama verməyə ixtiyarım yoxdur. Bu gün ərzində isə Binəqədi rayon İcra Hakimiyyətinin internet səhifəsinə bütün məlumatlar yerləşdiriləcək və "Binəqədi" qəzetində dərc olunacaq. Bu barədə kimə nə maraqlıdırsa, buradan tanış ola bilər. İndi mən bu barədə daha heç bir söz demək istəmirəm".

A.Əliyeva onun hər hansı vəzifəli şəxsin qızı olması barədə dolaşan söhbətlərə isə bu cür cavab verib: "Mən məmur qızı deyiləm".

Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. Ailəlidir, bir qızı var.

2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır. Azərbaycanda çox az rast gəlinən gənc yaşda yüksək vəzifəyə təyinat faktı həm ölkə mediasında, həm də cəmiyyətdə maraq doğurub.

Tarix
2013.12.05 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla