Yuxarı

Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi

Bu gün günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək:

“Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir. Biz məlumtı yayan zaman da bildirmişdik ki, ən güclü külək dənizdə müşahidə ediləcək. Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.

Tarix
2019.01.17 / 12:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla