Yuxarı

CNN Türk: "Helikopter xəbərimizdən narazı qaldığınızı bilirik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
CNN Türk: "Helikopter xəbərimizdən narazı qaldığınızı bilirik"

"Artıq verdiyimiz xəbərlə bağlı Bakıdan bir neçə şəxs zəng edərək narazılıq bildirib".

Bu haqda Axar.az-a CNN Türk kanalının Xəbər Deportamentinin müdiri Əli Güvənin yardımçısı Çimən xanım bildirib.

Müdir yardımçısı verilən xəbərin Bakıda xoş qarşılanmadığından məlumatlı olduqlarını deyib:

"Artıq Bakıdan narazılıqlar almışıq və bizə xəbərin birtərəfli olması ilə bağlı etirazlar çatdırılıb".

Əməkdaşımızın Azərbaycanın təmas xəttində vurulan helikopterin Ermənistana məxsus olması və ölən hər üç hərbçisinin Ermənistan vətəndaşı və Ermənistan Silahlı Qüvvələrində xidmət edən zabitlər olması haqda məlum həqiqətlər üzə çıxdığı halda, CNN Türkün hansı addımı atacağı ilə bağlı sualına kanal təmsilçisi belə cavab verib:

"Hazırda xəbər müdirimiz Əli bəy burada deyil. Mənim isə bu suallara cavab vermək səlahiyyətim yoxdur. Dediyiniz bütün fikirləri qeyd etdim, Əli bəyə çatdıracağam. Hansı qərar veriləcəyini xəbər müdiri həll edəcək".

Xatırladaq ki, Ağdam rayonu ərazisində Azərbaycan mövqelərinə hücum cəhdi edən Ermənistan Silahlı Qüvvələrinə məxsus iki helikopterdən biri məhv edilib. Helikopter və pilotlar Ermənistan Silahlı Qüvvələrinə məxsus olsa da, CNN Türk kanalı helikopterin Dağlıq Qarabağ qondarma qurumuna aid olduğu barədə xəbər verib. Separatçıların və tanınmamış qurumun hərbi subyekt kimi adının çəkilməsi və Ermənistana aid helikopterin "Dağlıq Qarabağ"a aid edilməsi isə Ermənistan tərəfinin mövqeyini ifadə etməklə, tamamilə cəfəngiyyatdır və Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanır.

Tarix
2014.11.13 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla