Yuxarı

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinə aid helikopteri vurmasına Türkiyənin tanınmış millət vəkilləri də münasibət bildirib.

Axar.az-a açıqlama verən CHP Ankara millət vəkili Müzəffər Kurtulmuşoğlu bu cür hadisələr zamanı soyuqqanlı olmağın hər zaman faydalı olacağını bildirib. O deyib ki, dövlətlərin bir-biri ilə münasibətlərində sərhədlərin qorunması önəmlidir və heç bir tərəfin sərhədləri pozmasına yol vermək olmaz:

"İlk öncə baxmaq lazımdır ki, o helikopter hansı dövlətin ərazisində vurulub. Ermənistan onda haqlı olardı ki, o helikopter aid olduğu ölkənin ərazilərində vurulmuş olsun. Halbuki helikopter Azərbaycanın sərhədləri içərisində olub, o zaman bu addım Azərbaycanın öz hava sərhədlərini qorumasıdır. Üç gün ərzində helikopterin Azərbaycan səmasında manevrləri isə Azərbaycana qarşı açıq-aşkar təhdid və hadisəyə təhrikdir".

Məsələyə münasibətini bildirən MHP İstabul millət vəkili Atilla Kaya da Ermənistanın başladığı piar kampaniyasının məntiqsiz olduğunu bildirib:

"Bir şey gün kimi aydındır ki, Azərbaycan öz hava sərhədini qoruyub və bu, ölkənizin ən təbii haqqıdır. Dövlət sərhədini qorumaqdan təbii nə ola bilər ki! Helikopter Azərbaycanın işğalda olan ərazisində vurulub. Ermənistan uzun illərdən bəri Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınan ərazilərini işğal altında saxlayır. Ədalətsizlik varsa, o da torpaqların hələ də geri qaytarılmamasıdır. Bir daha təkrarlayıram ki, dövlətin öz sərhəd bütünlüyünü qorumasından təbii heç nə yoxdur".

Tarix
2014.11.14 / 15:27
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla