Yuxarı

Barselonada azərbaycanlılar ayağa qalxdı: Erməni təxribatı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barselonada azərbaycanlılar ayağa qalxdı: Erməni təxribatı...

İspaniyada yaşayan soydaşlarımız Barselona şəhərində bir qrup erməni təşkilatı tərəfindən təşkil olunmuş “Artsax müharibəsinin qəhrəmanları” adlı təxribat xarakterli konsertin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, etiraz aksiyasında iştirak etmək üçün İspaniyanın müxtəlif regionlarından, o cümlədən Barselona, Madrid, Valensiya, San-Sebastian şəhərlərindən, habelə Fransadan gəlmiş həmvətənlərimiz Azərbaycan bayraqlarını,“31 mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “Qarabağ Azərbaycana məxsusdur” şüarlarını nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətini, ermənilərin növbəti təxribat əməlini üzə çıxararaq həmin əməlləri şiddətlə qınayıblar.

Bundan hiddətlənən bəzi “konsert iştirakçıları”nın asayişi qoruyan polis əməkdaşlarına soydaşlarımızın etiraz aksiyasından şikayət etmələrinə, hətta qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını göstərməyə belə cəhd etmələrinə baxmayaraq, heç bir halda istədiklərinə nail ola bilməyiblər.

Aksiyaya toplaşan həmvətənlərimiz harada olmalarından asılı olmayaraq erməni təxribatına qarşı çıxmağa hazır olduqlarını, ölkəmizin milli mənafelərinin qorunması baxımından bu cür təxribat əməllərinin qarşısının alınmasında hər zaman birlik nümayiş etdirərək səfərbər olacaqlarını qeyd ediblər.

Tarix
2019.04.01 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla