Yuxarı

Generalımız İrəvana meydan oxudu: İki fərqli baxış - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 53-cü yerdə olması özlüyündə Ermənistana bir cavabdır.

Bu sözləri Axar.az-a Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunun düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib.

“Ermənistan son vaxtlar hədələyici bəyanatları ilə Azərbaycana psixoloji təsir göstərməyə çalışır. Ancaq Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 53-cü yerdə olması özlüyündə Ermənistana bir cavabdır. Azərbaycan birmənalı şəkildə özünə güvənir və ordumuzun hazırıq səviyyəsi etibarlı şəkildədir. Ermənistan problemli vəziyyət yaratsa, müharibə qaçılmaz olacaq və bir çox dövlətlər ədalətli mövqeyimizi bundan sonra da dəstəkləməyə davam edəcəklər. Bu sırada Türkiyə də var”, - o bildirib.

T.Abbasov bu fonda Azərbaycanda türk hərbi bazalarının qurulması məsələsinə də münasibət bildirib:

“Türkiyə ilə münasibətlərimiz sınaqdan keçmiş və etibarlı münasibətlərdir. Ancaq hər hansı ölkə ilə strateji və hərbi əməkdaşlığımız həmin dövlətin Azərbaycanda hərbi baza yaratması anlamına gəlmir. Bu mənada Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi məsələsi hələ ki gündəmdə deyil”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi haqqındakı açıqlaması bir növ erməni nazir David Tonoyanın “biz işğalı genişləndirə bilərik” açıqlamasına cavabdır.

“Zakir Həsənovun son açıqlamasında belə cümlə də var: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”.

Göründüyü kimi, Zakir Həsənov Türkiyənin adını xüsusi çəkir. Zakir Həsənov sanki bununla demək istəyir ki, Ermənistan Rusiyanın hərbi təcrübəsindən istifadə edirsə, biz də Türkiyə təcrübəsindən istifadə edirik və edəcəyik. Çox yaxşı, sadəcə nəzər almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyənin Azərbaycanda hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı çatıb”, - politoloq bildirib.

Tarix
2019.04.05 / 12:01
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İran təhlükə görən kimi İrəvana zərbə endirəcək - Nahapetyan

Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Bakıda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

Trampın Bakı-İrəvan sülhünə nail olmaq fürsəti var

İrəvanın 90-cı ilin yanvar yalanı - Bakıdan cavab

Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?

ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

ABŞ-Ermənistan sazişində Bakıya qarşı olan 3 bənd

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla