Yuxarı

Qənirə Paşayevadan Zöhrabyana: Üzr istə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayevadan Zöhrabyana: Üzr istə!

Çox təssüf edirəm ki Ermənistan heyətinin üzvü Zöhrabyan burada ölkəm Azərbaycan haqqında yalan, yanlış məlumalar verdi və nifrət dolu bir çıxış etdi. Bu cür addımları hamımız qınamalıyıq. Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq onun buradan o insanlardan üzr istəməsi lazım idi amma təəssüf ki, o, hər zaman olduğu kimi, bu gün də Assambleyada Azərbaycan əleyhinə yalan, böhtan məlumatlarla çıxış etdi.

Axar.az xəbər verir ki, bu sözləri Millət vəkili, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da "Nifrət nitqi və dözümsüzlüklə mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Millət vəkili bildirib ki, başqa bir çıxış etmək istəyirdi, amma Zöhrabyanın çıxışından sonra bəzi məlumatları bölüşməyi lazım bilir.

“Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə və siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan yüzminlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik bir dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım həyata keçirib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir”, - millət vəkili bildirib.

Q.Paşayeva Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə, mehriban yaşadığı bir ölkə olduğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələrinin heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmadıqlarını, tolerantlıq və multikulturalizmin Azərbaycanda əsrlərdir mövcud olduğunu da xatırladıb.

Tarix
2019.04.10 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla