Yuxarı

AMB-dən "AniPay"lə bağlı mühüm qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB-dən "AniPay"lə bağlı mühüm qərar

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən "AniPay" mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyəti dayandırılır.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviqi məqsədilə qəbul olunub:

"Qeyd edilən tarixdən etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən davam etdirilməsi nəzərdə tutulur. Belə ki, "AniPay" funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.

Tətbiqin və onun internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.

Bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.

Mərkəzi Bank bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq".

Tarix
2026.03.03 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla