Yuxarı

Çavuşoğludan Putinin səfərilə bağlı – Şok sözlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan Putinin səfərilə bağlı – Şok sözlər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərini şərh edib.

Axar.az xəbər verir ki, Çavuşoğlu Rusiyanın Suriya siyasətini dəyişəcəyinə inandığını deyib:

"Bir ailənin böyük Suriyanı daha çox idarə edə bilməyəcəyini Putin də yaxşı bilir. Görüşdə İŞİD-in əlində olan silahların rus silahı olduğunu və Əsəd tərəfindən terrorçulara verildiyini dedik. Putin və Rusiya heyətilə Krım mövzusunda da danışdıq. Krım tatarlarının təcrid edilməsinə qarşıyıq. Tatar Məclisi və müftiliyinin tanınmasına çox əhəmiyyət veririk. Ruslar bu barədə bizimlə razılaşdı. Oradakı insanların mülklərinin geri qaytarılmasına da razı oldular. Hətta maliyyə yardımı edəcəklərini də bildirdilər".

Rusiyanın qaz ixracında 6 faiz endirim etdiyini açıqlayan türkiyəli nazir müzakirələrin hələ də davam etdiyini deyib:

"Biz daha çox endirim istəyirik. Bu mövzudakı müzakirələr dekabrın 8-dək davam edəcək".

Rusiya ilə yaxınlaşmanın NATO tərəfindən pis qarşılanacağı barədə verilən suala isə nazir belə cavab verib:

"NATO embarqolara bizim də qoşulmağımızı istədi. Ancaq qoşulmadıq. Sanksiyaların hədəfə çatmadığını düşünürük. Əgər sanksiyalara qoşulsaq, bir tərəfdən əlaqələrimizi tamamilə itirə bilərik. Bunu da istəmirik. İran mövzusunda da bu addımı atdıq. Belə bir şey var: embarqonu ləğv edənlər embarqonu ən çox müdafiə edənlər olur".

Papanın Ermənistanla sərhədlərin açılması xahişinə toxunan nazir, əslində, Türkiyə hökumətinin də bunu istədiyini bildirib:

"Bunu Papa xahiş etdi. Biz də istəyirik. Amma erməni məsələsində həmişə Türkiyə birinci addımı atır. Qarşı tərəfdən səs çıxmır, əl uzadırıq, əlimiz boşda qalır".

Tarix
2014.12.03 / 19:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla