Yuxarı

Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?

Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində qatarlar arasındakı interval 8 dəqiqəni keçib.

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb:

"Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman "Memar Əcəmi-Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur".

Tarix
2026.04.16 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla