Yuxarı

Bu türk ölkəsində rayonlar ləğv edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsində rayonlar ləğv edilir

Qırğızıstanda vilayətlər və rayonlar ləğv edilərək, əvəzinə 20 regional dairə yaradılacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Noqat rayonunun sakinləri ilə görüşdə inzibati islahatların ikinci mərhələsindən danışarkən bildirib.

Dövlət başçısı deyib ki, hazırda respublikada 44 rayon, 33 şəhər var:

“Vilayətlər və rayonlar ləğv olunacaq, 20 dairə yaradılacaq, sadə dillə desək, nəticədə 20 vilayət olacaq, buna doğru gedirik. Amma buna hələ təxminən üç-dörd il vaxt var”.

Japarovun sözlərinə görə, əvvəlcə pilot layihə kimi bir dairə yaradılacaq və iki-üç il ərzində onun necə idarə olunacağı yoxlanılacaq. Əsas meyar həmin dairənin respublika dotasiyasından çıxıb-çıxa bilməməsi olacaq. Layihə uğurlu olarsa, vilayətlər və rayonlar tamamilə ləğv ediləcək və ölkə dairələrə bölünəcək.

Sadır Japarov həmçinin bildirib ki, inzibati-ərazi islahatlarının birinci mərhələsi uğurla başa çatıb.

Tarix
2026.04.16 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla