Yuxarı

Ramil Usubov bu rayonlarda sıra baxışları keçirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Quba, Hacıqabul, Bərdə, Qəbələ rayonlarında və Gəncə şəhərində sıra baxışları keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, mayın 3-də DİN-in Daxili Qoşunlarının Quba rayonundakı hərbi hissəsində Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant (42 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Mayın 7-də Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissəsində Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Hacıqabul, İmişli, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər, rayon polis orqanlarında vakant (169 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 13-də isə Daxili Qoşunların Bərdədəki hərbi hissəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqən, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdab şəhər, rayon polis orqanlarında vakant (74 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı təşkil olunan sıra baxışı təşkil ediləcək.

Mayın 18-də Daxili Qoşunlarının Qəbələdəki hərbi hissəsində Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Ağdaş, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ, Qobustan və Ucar şəhər, rayon polis orqanlarında vakant (114 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 24-də isə Daxili Qoşunlarının Gəncədəki hərbi hissəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Sıra baxışlarına yalnız yuxarıda adları qeyd edilən rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan şəxslər qatıla bilərlər.

Qeyd edək ki, sıra baxışlarında ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-93-64; (012)-590-92-54; (012)-590-93-45; (012)-590-92-37, (012)-590-97-52, (012)-590-92-70.

Tarix
2019.04.20 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla