Yuxarı

“Bu, Türkiyənin Rusiya işğalçılığını qəbul etməsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Türkiyənin Rusiya işğalçılığını qəbul etməsidir”

"Ərdoğanın Rusiya siyasəti indiki zaman və siyasi durum üçün yanlış addımdır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Ankaranın hazırkı addımlarının Rusiyaya dəstək vermək anlamı daşıdığını bildirib:

"Türkiyənin Rusiyaya dəstək durması o deməkdir ki, Türkiyə bir növ Rusiyanın Krımı işğal etməsi ilə barışır. Həmçinin Abxaziya və Cənubi Osetiya məsələlərində Rusiyaya qarşı yer almır, Dağlıq Qarabağ məsələsində neytral mövqedə durur. Hazırkı Türkiyə xarici siyasəti buna işarə edir. Bu gün Avropa Birliyi, Qərb və dünyanın əsas güc dövlətləri Rusiyanın işğalçı siyasətinə qarşı birləşdiyi bir zamanda Türkiyənin ona qapı açması Rusiya işğalçılığını dəstəkləmək anlamı verir. Ərdoğan bu gün böyük siyasi gedişlər edən bir dövlət başçısı rolunu göstərmək istəyir. Lakin Türkiyənin son 5 ildə xarici siyasəti o qədər də uğurlu deyil. Rusiya-Türkiyə yaxınlaşması həmçinin Bakının mühasirəyə alınması deməkdir. Türkiyə düşünür ki, bu məsələ ilə Dağlıq Qarabağ məsələsinə bir növ təsir edə bilər. Lakin burada yanlışlıq var. Çünki Rusiya tam zəifləmədən Dağlıq Qarabağ məsələsi həll oluna bilməz. Türkiyə tez bir zamanda xarici siyasətdə mümkün dəyişikliklər etməlidir. Əks halda bundan rəsmi Bakı çox böyük əziyyət çəkəcək".

Tarix
2014.12.10 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla