Yuxarı

Putinin qələbəsi: Nikol xalqı meydana çıxarır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənistanın eks-prezidenti Robert Köçəryanın gözlənilmədən həbsdən azad edilməsi nə deməkdir və bu olay hadisələrin sonrakı inkişafına necə təsir edəcək?

Axar.az xəbər verir ki, bu sual ətrafında politoloq Elxan Şahinoğlu öz fikirlərini bölüşüb.

“Birincisi, bu, Qarabağ klanının gücünü göstərir. Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırki Baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünür. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar çıxarıb. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür”, - E.Şahinoğlu bildirib.

Politoloq ikinci səbəb kimi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü göstərib:

“Köçəryanın həbsi onun dostu – Rusiyanın Prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, mənim dostumu azad et. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsidir.

Üçüncüsü, Köçəryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan Qarabağ klanının əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır”.

Politoloq vurğulayıb ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Köçəryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir:

“Moskvanın və Qarabağ separatçılarının dəstəyinə arxalanaraq Köçəryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar.

Dördüncüsü, Paşinyan-Köçəryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq. Bir qisim Paşinyana, digəri Köçəryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq Qarabağ klanı da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq.

Beşincisi, Moskvanın Köçəryana verdiyi və verəcəyi dəstək Paşinyana Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu, Paşinyan üçün təhlükəlilidir. Çünki özü istəməsə də, ölkəsi Rusiyanın ən azı enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər. Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyib və izləyəcək.

Beləliklə, Paşinyan ətrafındakı halqa daralır. Köçəryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyəti idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır. Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o, hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq Qarabağ klanı da tərəfdarlarını hərəkətə gətirə bilər”.

E.Şahinoğlunun fikrincə, Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır:

“O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.

Tarix
2019.05.20 / 12:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla