Yuxarı

Türkiyə Azərbaycanın mövqeyini nəzərə almır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Azərbaycanın mövqeyini nəzərə almır

"Türk-kürd məsələsində hökumətin uğurundan sonra əsas hədəf Ermənistanla problemin yoluna qoyulmasıdır".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ona görə, Qarabağla bağlı irəliləyiş olmasa, Türkiyənin nə edəcəyini söyləmək çətindir:

"Real siyasət onu göstərir ki, Ermənistanın hər hansı cəsarətli addımlar atması şübhəlidir. Üstəlik, Rusiyanın burada təsiri var".

Politoloq kürd məsələsində irəliləyişə əsas səbəb kimi neft amilini qeyd etdi. O, məhz böyük pullara görə türk-kürd məsələsində məqsədyönlü addımlar atıldığını söylədi:

"Burada isə məsələ başqadır. Ortada Rusiya amili var. Rusiya istəsə sərhədlər açılacaq. Amma hər şeyə rəğmən Azərbaycanın mövqeyi də nəzərə alınmalıdır. Hazırkı zamanda isə Azərbaycanın mövqeyi nəzərə alınmır. Bu isə Türkiyə üçün müsbət bir şey vəd etmir".

Türkiyə topu Ermənistana ötürüb

Siyasi ekspert Elxan Şahinoğlu isə hazırda Davudoğlunun səfəri ilə bağlı çox şayiələrin yayılacağını bildirdi: "Yol xəritəsi, iki rayonun qaytarılması ilə bağlı şayiələr çox yayılıb. Bunları çox güman ki, Türkiyə rəsmi Bakı ilə danışıb, razılaşdırıb. Amma kim zəmanət verə bilər ki, iki rayon azad ediləcək?"

O, Davudoğlunun İrəvana çox optimist yollandığını qeyd etdi. Politoloq artıq qərar vermək vaxtının Ermənistanın əlində olduğunu söylədi:

"Türkiyə çox güman ki, Rusiya ilə Ərdoğanın səfəri zamanı çox şeyi razılaşdırıb. Artıq Türkiyə topu Ermənistana ötürüb. Amma onun bundan nə isə müsbət nəticə gözləməsi qeyri-mümkün bir şeydir".

Qeyd edək ki, yaxın günlərdə Davudoğlunun İrəvana səfər edəcəyi gözlənilir. Səfər zamanı türk nazirin iki ölkə arasında sərhədlərin açılması ilə bağlı məsələni öz həmkarı ilə müzakirə edəcəyi güman edilir. Bununla yanaşı Ermənistan mətbuatı artıq ölkənin Xarici İşlər Nazirliyində yeni yol xəritəsinin hazırlandığı haqqında məlumat yayıb. Mətbuat artıq yol xəritəsində hər iki tərəfə təklif olunacaq bəndlərin də hazır olduğunu bəyan edib.

Tarix
2013.12.10 / 13:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla