Yuxarı

Heydər Əliyev xalqın ən ağır günündə Bakıya gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyevin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və dostlarının çoxalmasına gətirib çıxardı.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə ümumilli lider Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması barədə danışarkən deyib. O bildirib ki, Heydər Əliyev Bakıya qayıtmaqla Azərbaycan tarixində yeni səhifə açdı:

“Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyin itirəcəkdi. Həmçinin Azərbaycanın təbii sərvətləri neft şirkətlərinin gəlir mənbəyinə çevrilərək, neftlə zəngin olan, lakin dilənçi günündə yaşayan xalqların vəziyyətinə düşəcəkdik. Həmin illər xalqımız üçün çox ağır və çətin günlər idi. Çünki hakimiyyətdə idarəçilikdən bixəbər şəxslər var idi. Onlar yalnız öz mənafeyini güddüyü üçün insanların sosial rifahı günü-gündən ağırlaşırdı. Çörək tapmaq üçün insanlar saatlarla növbəyə dururdu. Silahlı dəstələrin insanları qorxutması adi bir hala çevrilmişdi. Üstəlik, Dağlıq Qarabağda vəziyyət gündən-günə pisləşirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan hakimiyyətinin idarəçilik qabiliyyətinin zəif olmasından istifadə edib rayonlarımızı bir-bir işğal edirdi. Bu çətin günlərdə hamının gözü Naxçıvanda idi. Hamı Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyirdi. Ulu öndər belə ağır günlərdə Bakıya gəldi və Azərbaycan xalqının yanında oldu”.

Millət vəkili Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk vaxtlarında apardığı uğurlu siyasətdən danışıb:

“Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi, təhlükəsizlik orqanlarında işləməsi, geniş təcrübəyə malik olması bu problemlərin həllində böyük rol oynadı. İlk növbədə vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanda hakimiyyət möhkəmləndirildi. Qeyri-qanuni hərbi dəstələr ləğv edildi. Ulu öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi formalaşmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına, dostlarının çoxalmasına gətirib çıxardı. Ölkədə bütün sahələrdə islahatlar keçirildi. 1994-cü ildə neft kontraktının bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bütün bunlar ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı. Mən əminliklə deyə bilərəm ki, Heydər Əliyevin Azərbaycana gəlişi, parlament sədri seçilməsi tariximizdə tamamilə yeni səhifə açdı”.

Tarix
2019.06.11 / 16:02
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla