Yuxarı

“Huavey” DGK ilə əməkdaşlıq etmək istəyir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Huavey” DGK ilə əməkdaşlıq etmək istəyir - Foto

Çinin “Huavey” şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıqda maraqlıdır.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, iyunun 12-də Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Huavey” şirkətinin Qlobal Hökumət işləri üzrə vitse-prezidenti Steven Şenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir.

Azərbaycan gömrüyünün qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacağını bildirən komitə sədri bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb.

S.Mehdiyev Dövlət Gömrük Komitəsinin 2 il ərzində ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyini, bu missiyanı yerinə yetirərkən prioritet istiqamətlərdən birinin də blokçeyn texnologiyalarının gömrük sistemində tətbiqi olacağını qeyd edib. O, “Huavey” şirkəti ilə bu görüşün IT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.

“Huavey” şirkətinin təmsilçisi S.Şenq şirkət haqqında ətraflı məlumat verərək şirkətin hədəfləri, gələcək məqsədləri barədə danışıb.

Blokçeyn texnologiyalarının, eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən S.Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin IT texnologiyaları sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiyini də qeyd edib.

Tarix
2019.06.12 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı...

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

28 maddəlik sülh: Zelenski dalana dirənib, Putin də narazıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla