Yuxarı

Kiçik dövlətlər özlərini necə qorumalıdır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiçik dövlətlər özlərini necə qorumalıdır?

Orta və kiçik ölkələr üçün ordularını modernləşdirmək və adekvat döyüş hazırlığını saxlamaqda böyük dövlətlərlə ayaqlaşmaq getdikcə çətinləşir. Bunu nəzərə alaraq, onlar hərbi paritet strategiyasına deyil, təcavüzün qarşısının alınması strategiyasına diqqət yetirməlidir.

Axar.az xəbər verir ki, bu barədə doktor Vinisius Mariano de Karvalyo və Cekson Şnayderin London Kral Kollecinin saytında dərc edilmiş analitik məqaləsində deyilir.

"Bir çox kiçik və orta dövlət bahalı döyüş təyyarələri, böyük döyüş gəmiləri və digər nüfuzlu silah sistemləri əldə edərək, böyük dövlətlər modeli əsasında silahlı qüvvələrini qurmağa davam edir. Lakin belə strategiya çox vaxt bu ölkələrin maliyyə imkanlarına və real ehtiyaclarına uyğun gəlmir. Müasir müharibə PUA-ların inkişafı, rəqəmsal texnologiyalar, ikili təyinatlı mülki infrastruktur və yeni hərbi həllərin mövcudluğu səbəbindən əhəmiyyətli dərəcədə dəyişir. Belə bir şəraitdə ölkələrin daha güclü ordularla paritet əldə etməyə çalışmaması, əksinə onlara hücumun təcavüzkar üçün çox çətin və baha başa gələcəyi şərait yaratmaq daha sərfəlidir. Tayvan, Ukrayna və Finlandiya bu gün bu yanaşmaya misaldır.

Fərqli geosiyasi şərtlərə baxmayaraq, onların hamısı müdafiəyə, ictimai dayanıqlığa və təcavüzkarı uzun müddət ərzində tükəndirmək qabiliyyətinə arxalanır. Amma “qarşısını almaq” ilə müdafiə universal həll yolu deyil. Ölkələr iqtisadi blokadalar, döyüş sursatı və ya texnoloji komponentlərin təchizatı ilə bağlı problemlər qarşısında həssas olaraq qala bilər. Üstəlik, həddindən artıq müdafiə strategiyası döyüş meydanında təşəbbüsü ələ keçirmək imkanını məhdudlaşdıra bilər", - məqalədə qeyd olunub.

Tarix
2026.06.15 / 09:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla