Yuxarı

Paşinyandan ilk etiraf: Müharibə bitməyib - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan ilk etiraf: Müharibə bitməyib - Video

08:00

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 19-da parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatların suallarını da cavalandırıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyana birinci sual Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi ilə bağlı olub:

“Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ “təmsilçilərinin” danışıqlarda iştirakı məsələsini qaldırmasın. Sadəcə onu deməyib ki, bu məsələdə nəticə əldə etməyib. İkinci sual: “Son günlər təmas xəttində iki hərbçimizi itirmişik, müharibə başlaya bilərmi?” Paşinyan itkilərə toxunmadan deyib ki, sülh istəsələr də, müharibəyə hazır olmalıdırlar. Paşinyan belə bir ifadə işlədib: “Müharibə bitməyib”.

Politoloq vurğulayıb ki, Paşinyan çıxışı zamanı onun diplomatik səylərinin guya konkret nəticələri olduğunu da iddia edib, ancaq bu nəticələrin nədən ibarət olduğunu açıqlamayıb:

“Nikol Paşinyan əvvəl nə deyibsə, onları təkrarlayıb, bircə ifadədən başqa: “Müharibə bitməyib”. Onun bu fikri həqiqətə uyğundur, biz də hər zaman deyirik ki, müharibə bitməyib. Halbuki Ermənistanı idarə edənlər illərdir cəmiyyətlərinə təlqin edirdilər ki, guya torpaqlarımızı işğal etməklə məsələyə nöqtə qoyulub və guya müharibə onların xeyrinə bitib. Nikol Paşinyan isə erməni cəmiyyətinə bunun belə olmadığını izah edir və gələcək müharibənin anonsunu verir. Düz edir”.

Tarix
2019.06.20 / 11:37
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla