Yuxarı

İki jurnalist əfv oluna bilər – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki jurnalist əfv oluna bilər – Açıqlama

"Ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni ildə əfv olunacaq jurnalistlər haqda fikirlərini bölüşərkən dedi. Deputatın sözlərinə görə, həbsdə olan iki jurnalist – Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər:

"Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm".

Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi – "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı və "Moderator.az" saytının rəhbəri Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə mindiyindən, yalnız onların əfvə düşmək ehtimalı var.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ildən, "Bizim yol" qəzetinin əməkdaşı və "Moderator.az" saytının rəhbəri Pərviz Həşimli isə 2013-cü ildən həbsdədir.

Tarix
2014.12.22 / 15:53
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla