Yuxarı

Mətbuat Şurası bələdiyyə seçkilərinə qiymət verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası bələdiyyə seçkilərinə qiymət verdi

Mətbuat Şurasının (MŞ) "qaynar xətt" rejimində fəaliyyət göstərən telefon nömrələrinə 23 dekabr bələdiyyə seçkisini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb.

Axar.az Şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, Şuranın müxtəlif seçki məntəqələrində prosesi izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə dair hər hansı maneçilik faktı qeydə almayıblar. MŞ İdarə Heyətinin üzvlərinin müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının seçki prosesini işıqlandırmalarına hər cür şərait yaradılıb.

MŞ sədri Əflatun Amaşov Nəsimi və Nərimanov, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərin prosesi işıqlandırmaları vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, Mətbuat Şurasının "qaynar xətt" rejimində (012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri bu gün saat 08:00-dan 19:00-dək fəaliyyət göstərib. Məqsəd səsvermənin gedişində peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinin təminatından, hər hansı çətinliklərin olacağı təqdirdə operativ tədbilərin görülməsini həyata keçirməkdən ibarət olub.

Onu da qeyd edək ki, MŞ prosesi işıqlandıran KİV nümayəndələrinin mümkün müraciətlərini bundan sonra da diqqət mərkəzində saxlayacaq.

Tarix
2014.12.23 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla