Yuxarı

Mehriban xanımdan növbəti jest: Düşüncə dəyişiminə çağırış...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban xanımdan növbəti jest: Düşüncə dəyişiminə çağırış...

Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç nəyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun öz üzərinə götürməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Mehriban xanımın bu davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacaq:

“Mehriban xanımın bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı tərifəlayiq addımı kimi, bu davranışı da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır. Artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurətini hamımız düşünməliyik. Yuxarıda qeyd etdiyim bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insani münasibətlərin zədələnməsinə, dəyərlərin itməsinə qətiyyən yol vermək olmaz. Bəzi hallarda bir qrup insan hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinir. Eyni hal müxalifətdə olan insanların ağır günlərində də müşahidə olunur. İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm. Həmçinin, bu davranış Azərbaycan iqtidarına böyük nüfuz gətirən ciddi faktorlardan biri kimi də sayıla bilər”.

Qeyd edək ki, Ə.Mütəllibova uzun sürən xəstəlikdən sonra ötən gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Tarix
2019.07.06 / 12:38
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla