Yuxarı

“Nəqliyyat qoçularına” DİN-dən reaksiya – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nəqliyyat qoçularına” DİN-dən reaksiya – Rəsmi

"Mənə çox qəribə gəlir..."

Nəqliyyat Nazirliyi müfəttişlərinin özbaşınalıqları, vətəndaşlara qarşı yönələn zorakı əməllərinə qarşı hüquq-mühafizə orqanlarının susqun qalması haqda səslənən iddialara Daxili İşlər Nazirliyindən aydınlıq gətirildi.

DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov "Axar.az"a açıqlamasında bu məsələlərə yalnız DİN-ə müraciət əsasında baxıla biləcəyini qeyd etdi:

"Kimə qarşı zorakılıq hərəkəti, döyülmə faktı varsa, müraciət etsin, araşdıraq. Mətbuatın yazması başqa məsələdir, amma konkret zərərçəkən vətəndaş özünü döyülmüş, zorakılığa məruz qalmış hesab edirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir və məsələ qanuni şəkildə araşdırılıb, hüquqi qiymətini almalıdır.

Mənə qəribə gəlir ki, videolarda, fotolarda göstərilir, bəs, axı vətəndaş niyə hüquq-mühafizə orqanlarına müraciət eləmir? Həqiqətən vətəndaş ona qarşı hər hansı bir təzyiqlə rastlaşıbsa, özünü zərərçəkmiş hesab edirsə, müraciət etsin. Tək bunlar deyil ki! Gün ərzində DİN-ə yüzlərlə müraciət daxil olur. Buna görə qorxub çəkinmək lazım deyil".

Tarix
2013.12.11 / 12:29
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla