Yuxarı

Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:46

Hazırda Feysbukda çoxları provokatorlara atəş açmayan sərhədçi haqqında qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət etdi. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov paylaşıb.

“Mənə “Reqnum” agentliyindən zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı – red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərabycan üçün Gürcüstandan “ikinci cəbhə”nin açılışıdır.

Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək və provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın “Reqnum” saytı erməniyönlü mövqeyi ilə seçilir və Keşikçidağ hadisələrinin dəqiq təhlilində deyil, insidentin yaranmasında maraqlı tərəf kimi çıxış edir.

Tarix
2019.07.16 / 15:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla