Yuxarı

Trampın Türkiyəyə ədalətli mövqeyi nəyi dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Türkiyəyə ədalətli mövqeyi nəyi dəyişəcək?

Ağ Evdə Türkiyəyə münasibət birmənalı deyil. Bəzi məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin daha yaxşı olmasına çalışdığı halda, onun ətrafında və Dövlət Departamentində buna qarşı çıxanlar var. Hətta münasibətlərdəki gərginlik də bundan qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu ABŞ-ın Türkiyəyə qarşı sanksiya hazırladığı barədə məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ İraqa və Suriyaya girəndən sonra Türkiyə ilə münasibətlərində gərginlik gah artıb, gah da azalır. Bunun da başlıca səbəblərindən biri maraqların toqquşmasıdır:

“Bütün bunlar Türkiyənin Rusiyadan S-400-ləri almağına səbəb oldu. Çünki rəsmi Ankara dəfələrlə bildirib ki, S-400-lərin alınmasının əsas səbəbi təhlükəsizliyin təmin edilməsidir. Bu da təbii olaraq, Türkiyənin tam şəkildə hüququdur”.

Politoloqun sözlərinə görə, Qərbə Türkiyə ilə münasibətlərin gərginləşməyi sərf etmir:

“Türkiyəyə tam şəkildə sanksiyaların tətbiq ediləcəyini düşünmürəm. Çünki ABŞ üçün Ankara ilə münasibətlər önəmlidir. Tramp bunu anladığı üçün Ankara ilə danışıqlara getməyə çalışır. Hesab edirəm ki, Tramp iki ölkə arasında razılığın əldə edilməsinə nail olacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və senatorların iştirakı ilə Ağ Evdə Türkiyəyə S-400 zenit raket komplekslərinə görə sanksiya tətbiqi məsələsinin müzakirəsi olub. Toplantıda Trampın Türkiyəyə sanksiya tətbiqində maraqlı olmadığı, əksinə, Ankara ilə F-35 layihəsində əməkdaşlığı davam etdirmək istəyini ifadə etdiyi barədə qeyri-rəsmi məlumat yayılıb.

Tarix
2019.07.27 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla