Yuxarı

Axar.Az Logo

Nazir Prezidenti əmin etdi: Müəyyən etdiyiniz vaxtda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bu ilin əvvəlində təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılmışdır.

Axar.az xəbər verir ki, bunu iyulun 31-də Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Üç Dövlət Proqramı böyük uğurla icra olunmuşdur və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişmişdir. Regionların indiki vəziyyəti 15 il bundan əvvəlki vəziyyətindən həqiqətən, fundamental dərəcədə fərqlənir. Bu inkişafda qəbul etdirdiyiniz proqramların rolu müstəsna əhəmiyyət kəsb edir.

Bu ilin əvvəlində təsdiqlədiyiniz dördüncü proqramın icrası uğurla davam etdirilir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi, ilk növbədə, bu proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Eyni zamanda, bu proqram regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun yaxşılaşmasına da yönəldilmiş bu proqram ciddi nəticələr verir. Həmçinin Dövlət Proqramının icrası kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Bu gün artıq qeyd etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.

Mən regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələri haqqında qısa məlumat vermək istəyirəm. Artıq sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.

Həmçinin tapşırığınızla regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Tapşırığınıza uyğun olaraq 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaqdır.

Həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Aydındır ki, biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bu baxımdan qeyd etdiyiniz infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Qeyd etdiyiniz kimi, elektrik, qaz təchizatı, yolların çəkilməsi, xüsusilə kənd yollarının çəkilməsi və son illər ərzində Sizin tapşırığınızla bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kənd yerlərində mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Siz meliorasiya sahəsində görülən işləri qeyd etdiniz. Min kilometrlərlə kollektor-drenaj sistemləri təmizlənir, subartezian quyuları qazılır, əhalinin istifadəsinə verilir. Eyni zamanda, Siz hər il bu proqrama ciddi diqqət göstərir, onu şəxsən təsdiq edirsiniz. Bu quyuların kəndbəkənd dislokasiyasına Siz özünüz nəzarət edirsiniz və bunun da çox gözəl nəticələri göz qabağındadır.

Mən xüsusilə sosial sahədə görülən işləri də vurğulamaq istəyirəm. Cənab Prezident, regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aid idi. Bu proqram da uğurla icra olunur. Sizi əmin etmək istəyirəm ki, proqramda nəzərdə tutulan bütün işlər yerinə yetiriləcəkdir.

Qeyd etmək istəyirəm ki, proqramda nəzərdə tutulmuş bütün tədbirlərin icrasına nəzarət olunur. Bu nəzarət göstərir ki, nəzərdə tutulan işlər Sizin müəyyən etdiyiniz vaxtda yüksək keyfiyyətlə icra olunacaqdır", - nazir qeyd edib.

Tarix
2019.08.01 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

Bakı bu təşəbbüsdən dərhal imtina etdi – Səbəb

Sərhəd görüşünün əsas müsbət istiqaməti budur - Deputat

İcmadan Mirzoyana cavab: Siyasi əxlaqsızlıq...

5 prinsip əsasında sülh sazişi... - Qafarova

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

Bu, “15 günə sülh” deyil, İrəvanın tələb və şərtidir

İrəvanın güc vektoru Kremlə deyil, Bakıyadır - Arutyunyan

Polad Bülbüloğlu: Ermənilərin Azərbaycandan getməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla