Yuxarı

“Bu qəzet dayanmadan Bakıya hücum edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu qəzet dayanmadan Bakıya hücum edir”

"Mənim "Star" qəzetindəki yazımda əsas məqsədim "Zaman"ın Azərbaycan əleyhinə reportaj tirajlamasına diqqət yetirməkdir".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva öz Feysbuk səhifəsində paylaşıb.

O, "Zaman" qəzetinin Azərbaycandan çox fayda götürdüyünü bildirib:

"Bəzi dostlar mənə Ahmet Hakanın reportajının "Hürriyet"də yayımlanmasını yazmışdılar. Bəli, doğrudur. Bunları mən də bilirəm. Ahmet Hakanın "Hürriyet" yazarı olduğunu bilməyən yoxdur. "Zaman" bu reportajı "Hürriyet"dən alıb. Bəli, doğrudur. Məsələ də budur. Elə mənim də əsas məqsədim "Zaman"ın Azərbaycan əleyhinə reportaj tirajlamasına diqqət yetirməkdir. "Zaman"ı bilərəkdən məsələyə diqqət çəkmək üçün yazmışam. Diqqət çəkdiyim məqam da "Zaman"ın dayanmadan Azərbaycana hücum etməsidir. Guya Azərbaycanda səhv tapıblar. Axı "Hürriyet"ə baxanda "Zaman" Azərbaycandan çox, həm də lap çox fayda götürüb. Məhz bunlara görə "Zaman"ı tənqid etmişəm".

Qeyd edək ki, dünən Türkiyənin məşhur aktrisası Müjdə Ar "Hürriyet" qəzetinə müsahibəsində Azərbaycanda verilən diplomların heç bir dəyərinin olmadığını bildirmişdi. O, prezident üçün tikilən Ağ Sarayı bəyənmədiyini, prezident seçiləcəyi təqdirdə buranı çəkiliş meydançasına çevirəcəyini demişdi. Jurnalistin "bunu necə edəcəksiniz?" sualına isə o heç düşünmədən "Azərbaycandan dəyərsiz diplom almaqla", - deyə cavab vermişdi.

Xatırladaq ki, tanınmış journalist Sevil Nuriyeva məhz bununla əlaqədar bu gün "Star"qəzetində köşə yazısı ilə çıxış edib.

Tarix
2015.01.06 / 00:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla