Yuxarı

Onlar dialoqa niyə çağırılmadı? - Fəzail Ağamalı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar dialoqa niyə çağırılmadı? - Fəzail Ağamalı

Mən dövlətçilik mövqeyində dayanan və milli maraqlarımıza xidmət edən bütün partiyaları dünənki dəyirmi masaya dəvət etmişdim.

Bu sözləri Axar.az-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda keçirdiyi dəyirmi masaya bəzi partiya sədrlərinin dəvət edilməməsi ilə bağlı səslənən fikirlərə cavab olaraq deyib. O bildirib ki, bəzi partiya sədrləri ilə əlaqə saxlamaq mümkün olmayıb:

“Mənim sentyabrın 9-da “Yeni Musavat” qəzetinin canlı yayımında dövlətçilik mövqeyində dayanan və milli maraqlarımıza xidmət edən bütün partiyaları dəyirmi masaya dəvət etməyimlə bağlı çağırışım oldu. Bundan başqa əməkdaşlarımıza da tapşırıq verdim ki, internetdən partiyaların telefon nömrələrini götürüb, əlaqə saxlasınlar. Lakin onların əksəriyyətinin internetdə qeyd olunan telefon nömrəsi ləğv edilmişdi və ya təyin olunmadığı bildirilirdi. Bəziləri isə ardıcıl zəng etməyimizə baxmayaraq, ümumiyyətlə, telefona cavab vermədi.

Biz həqiqətən xaricdən idarə olunan antimilli qüvvələr və dairələr istisna olmaqla, bütün sağlam qüvvələrin bir araya gəlməsində çox maraqlı idik. Bu, mənim birmənalı fikrimdir. Mən Azərbaycanın siyasi mühitində barışığın tərəfdarındayam. Ancaq dostlarımızdan xahiş edirəm ki, mənim onlardan incikliyim olmadığı kimi, onlar da məndən inciməsinlər. Çox istərdim ki, iştirak edib-etməməsindən asılı olmayaraq, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan bu görüşə kölgə salmağa cəhd etməsinlər. Bu kövrək addımın möhkəmlənməsinə imkan daxilində töhfələrini versinlər”.

Millət vəkili iqtidar-müxalif arasında növbəti dəyirmi masanın nə vaxt keçirilməsi məsələsinə də aydınlıq gətirib:

“Belə bir görüşün nə vaxt keçirilməsi ilə bağlı dəqiq tarix demək mümkün deyil. Amma növbəti dəfə yenə iqtidar-müxalif görüşlərinin olacağına inanıram. Gələcəkdə daha geniş formatda biz yenə birlikdə olacağıq”.

Qeyd edək ki, dünən Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda dəyirmi masa keçirilib. Əksər partiya sədrinin iştirak etdiyi tədbirdə Ümid Partiyasının sədri İqbal Ağazadə, AXCP sədri Razi Nurullayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı iştirak etməyib. Onlar bunu dəyirmi masaya dəvət edilməmələri ilə əlaqələndiriblər.

Tarix
2019.09.12 / 16:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bayramovdan Arakçıya: ABŞ və İsrailin İrana hücumu...

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla