Yuxarı

Fazil Mustafa erməni mediasının manşetinə daşındı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa erməni mediasının manşetinə daşındı - Foto

Millət vəkili Fazil Mustafanın "Tarixdə Azərbaycan dövləti olmayıb" fikri Azərbaycanda olduğu kimi, Ermənistanda da böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, əllərinə fürsət düşən erməni mediası millət vəkilinin gündəm yaradan sözlərini dünəndən etibarən anti-təbliğat kimi tirajlayır.

Erməni mediası Azərbaycan əleyhinə anti-təbliğat yazılarında millət vəkilinin əsasən bu fikirlərinə yer verib:
"Tarixdə Azərbaycan adlı dövlət olmayıb. Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks-arqumentə rast gəlmədim. Biz xalqımıza gerçəyi söyləməliyik".

Millət vəkilinin Azərbaycan adının 1918-ci ildən rəsmiləşdirilməsi fikrinə bu aspektdən yanaşılarsa, qeyd etmək lazımdır ki, indiki adı İran, Türkiyə, Rusiya və s. olan böyük dövlətlərin də adı tarixən fərqli olub və Rusiya - Kiyev-Rus Knyazlığı, Almaniya - Prussiya Krallığı, Türkiyə - Osmanlı imperiyası olaraq adlanıb.

Ancaq təəssüf ki, Fazil Mustafanın kontekstdən çıxardığı bu məntiqdən haqlı olaraq sui-istifadə edilir. Çünki millət vəkili özü fikrini sona qədər açıqlamamaqla bilərəkdən, ya bilməyərəkdən yağıya fürsət vermiş oldu.

Xatırladaq ki, F.Mustafanın bu fikri İran mediasında da böyük həvəslə tirajlanır.

Tarix
2015.01.15 / 20:46
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla