Yuxarı

Elin Süleymanov “Vaşinqton Tayms”a 20 Yanvardan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elin Süleymanov “Vaşinqton Tayms”a 20 Yanvardan yazdı

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov 1990-ci il 20 yanvar hadisələri ilə bağlı Amerikanın Vaşinqton Tayms qəzetinin saytına yazıb.

Axar.az xəbər verir ki, "Faciədən müstəqilliyə" başlığı ilə çap olunan yazıda səfir Azərbaycanın nailiyyət qazanmaq üçün 20 Yanvar faciəsindən motivasiya kimi istifadə etdiyini bildirib:

"İyimi beş il əvvəl bu gün sabiq Prezident Corc Herbert Uoker Buşun (ata Buş) Vaşinqtonda Konqresin birgə sessiyasından əvvəl Ştatların vəziyyəti haqqında məlumat çatdırarkən Azərbaycanın paytaxtı Bakıda Sovet qoşunları 133 nəfər tərki-silah edilmiş mülki etirazçını qətlə yetirib, yüzlərlə adamı qanına qəltan eləyirdi. Həmin gün Azərbaycandakı müstəqillik hərəkatını SSRİ-nin dağıtmaq cəhdi kulminasiya nöqtəsinə çatsa da, bu dəhşətli faciə müvəffəqiyyətə səbəb oldu. Bu hadisə SSRİ-nin sonunu sürətləndirdi və bilavasitə bizim iki il sonra Müstəqillik Bəyannaməmizin imzalanmasına gətirib çıxardı".

"İmperiyanın tarixi hökmranlığına baxmayaraq, Azərbaycan xalqı qurbanları hesabına azadlıq və müstəqillik qazandı. Azərbaycan Sovet imperiyası və Şərqi Avropa ölkələri içində öz ərazisində xarici hərbi müdaxilə olmadan azadlıq qazanan ilk ölkə oldu", - səfir yazıb.

Xatırladaq ki, Elin Süleymanov 2011-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tarix
2015.01.20 / 13:03
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla