Yuxarı

Prezident: Həyatımın 15 ili ora ilə bağlıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Həyatımın 15 ili ora ilə bağlıdır

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlı çox xoş xatirələr qalıb. Həyatımın 15 ili institutla bağlıdır. Təhsil, aspirantura, iş, çoxlu dostlar, tanışlar və əlbəttə ki, mənim üçün həm yetkinləşmə, həm də biliklərə yiyələnmək cəhətdən çox vacib olub. Buna görə də mən rəhbərliklə daim əlaqə saxlayıram.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın “Birinci kanal”ına müsahibəsində məzunu olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident bildirib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının bir neçə il əvvəl Bakıda keçirilən ilk forumunun təşəbbüskarıdır:

“İndi bu forum artıq daimi fəaliyyət göstərən tədbirə çevrilib. Mən institutun 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm, eləcə də 75 illiyi ərəfəsində bütün dostlarımı, kurs yoldaşlarımı, müəllimlərimi bu şanlı yubiley münasibətilə təbrik edirəm”.

Prezident qeyd edib ki, bu institut həyatında çox mühüm rol oynayıb:

“Çünki orada aldığım biliklər gələcək işimdə həqiqətən mənə çox kömək edib. Mən institutdan getdikdən sonra, müəyyən mənada, peşəmə uyğun olmayan işlə məşğul olurdum. Amma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım biliklər, vərdişlər, o cümlədən xarici dilləri bilməyim artıq Prezident kimi mənə çox gərəkli oldu”.

Tarix
2019.10.07 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla