Yuxarı

Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin dediyi kimi, bir millətin iki diasporu olmaz. Xaricdə yaşayan vətəndaşlarla gücümüzü birləşdirdik. İki ölkənin Xarici İşlər Nazirliyinin gözəl işbirliyi var. Biz olmayanda başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, azərbaycanlı qardaşlarımız Türkiyə və türk millətini müdafiə edir. Azərbaycan olmayanda biz Azərbaycanın haqqını müdafiə edirik. Bu, bizim boynumuzun borcudur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünya sürətlə inkişaf etdiyindən problemlər, dezinformasiyalar da yayılır:

“Digital texnologiya gözəl fürsətlər versə də, bəzən təhdidlərlə qarşı-qarşıya qalırıq. Bu məqamda media qarşısında obyektiv şəkildə haqlarımızın müdafiəsi üçün vəzifə dayanır. Biz türkdilli ölkələrin qlobal media təşkilatlarının birgə hərəkət etməsini istəyirik, gücümüzü birləşdirməliyik”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Qarabağ məsələsinə dünya səssiz qalıb, ikili standartlar tətbiq olunur:

“İllərdir problemin həlli üçün ATƏT-in Minsk Qrupu və digər formatların nəticəsi yoxdur. Azərbaycanı haqlı davasında tək qoya bilmərik. Qlobal Jurnalistlər Birliyi də bu dəstəyi göstərməlidir. Bu gün islam düşmənliyi türk düşmənliyi ilə birləşib. Bunu Qərbdə, Avropanın mərkəzində xüsusi görürük. Siyasətçilər populizmə qapılaraq hamımızı təhdid edən trendlərə qarşı dayana bilmir.

Media cəmiyyəti düzgün məlumatlandırmaq baxımından böyük rola malikdir. Bu mənada işbirliyi mütləqdir. Suriyada bölgəni təhdid edən PKK/YPG-yə qarşı mücadilədə belə dezinformasiyanın şahidi olduq. PKK ilə kürdləri eyniləşdirirlər, bu, həqarətdir. Kürd qardaşlarımız öz haqlarından istifadə etmək istəyirlər, onların ideologiyası terror təşkilatından tam ayrıdır. Kürdlərlə PKK-ya eyni münasibət göstərilə bilməz”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Fransa başda olmaqla, bəzi ölkələr terror dövləti qurmaq istəyirlər:

“Böyük oyunu pozduğumuz üçün narahatdırlar. Terror təşkilatı ilə mübarizə aparırıq, türk millətinin gələcəyi üçün buna məcbur idik. Heç kəs bizə insani mövzuda dərs keçməyə çalışmasın. Çünki biz bu məsələdə olduqca həssasıq. 4,5 milyona yaxın qaçqına ölkəmizdə yer vermişik ... YPG ən çox kürd qardaşlarımıza zülm edib, hamısı evinə qayıdacaq, Suriyanın ərazi bütövlüyü təmin olunacaq”.

XİN rəhbəri qeyd edib ki, Türkiyə terror təşkilatını təmizləyənə qədər davam edəcək:

“Sanksiyalar yolu ilə heç kəs nəticə əldə edə bilməz. Səmimi, dürüst olub verdiyiniz sözü tutacaqsınız. ABŞ verdiyi sözü tutmadı, təhlükəsiz bölgə yaratmadığından təktərəfli qaydada hərəkat başlamaq məcburiyyətində qaldıq”.

Tarix
2019.10.14 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla